Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınların hüquqi vəziyyətinin tənzimlənməsi üzrə xarici dövlətlərin təcrübəsi - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №3 (2023)

Açıqlama:

XX əsrin ikinci yarısında həbsxana xidmətləri həbsxana binaları daxilində tibbi müalicə xidməti-ni də əhatə etməyə başladı. Pat Carlen Britaniya həbsxana sistemində tibbiləşdirmə yolu ilə reabili-tasiyanın cinsiyyətə xas bir tədbir olduğunu vur-ğulamışdır: Bu cür tibbi müalicə qadın həbsxana-larının fundamental konsepsiyasına çevrildi. Həbs-xana rəhbərliyi tərəfindən müəyyən edilən patolo-ji, bioloji, emosional və xüsusi tibbi müalicə qadın məhbuslara qarşı daha yumşaq idi. Bu cür yum-şaqlığın əsas səbəbləri qadınların daha az ciddi ci-nayətlər törətmələri və kişilərə nisbətən residivist-liyinin aşağı səviyyədə olması idi


Müəllif : Günay Hacıyeva - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ”, UNESCO kafedrasının müəllimi
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 7

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir