Azadlıqdan məhrum etmə yerlərində məhkum qadınların mülki və siyasi hüquqlarının müdafiəsi üzrə problemlər- Azərbaycan Hüquq Jurnalı. 2023 (№3)

Açıqlama:

Məhkum qadınlarla bağlı problemlərə diqqət yetirdikdə, daha çox məhdudlaşdırmaların mülki və siyasi hüquqlarla əlaqədar olduğunu müşahidə edə bilərik. Məqalədə məhkum qadınların xüsusi vəziyyətindən irəli gələrək daha çox problemlərin mövcud olduğu hüquq və azadlıqların müdafiəsi ilə bağlı məsələlər təhlil olunacaqdır. Burada ilk növbədə, şərəf və ləyaqətin müdafiəsi qeyd edilməlidir. Məhkumların, xüsusən də azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınların hüquqi vəziyyətinin xüsusiyyətlərinin müəyyənləşdirilməsinə həsr olunmuş bütün beynəlxalq sənədlərdə onların hüquq və azadlıqlarının tənzimlənməsi problemi mühüm yer tutur. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, beynəlxalq standart və normalar heç də həmişə ardıcıl olmur, bəzən bir-birinə ümumiyyətlə uyğun gəlmir və azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınların vəziyyətinin tənzimlənməsində ziddiyyətlər yaradır. Bu da həmin norma və standartların milli təcrübəyə tətbiqində bir çox problemlərin meydana çıxmasına gətirib çıxarır. Lakin mövcud problemlər yalnız beynəlxalq standartların pərakəndəliyindən irəli gəlmir. Dövlətdaxili hüquqda olan bir çox çətinliklər də məhkum qadınların hüquq və azadlıqlarının müdafiəsi üçün maneələr formalaşdırır.


Müəllif : Günay Hacıyeva - BDU-nun İnsan hüquqları və İnformasiya hüququ UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 27

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir