Bank hüququ: anlayışı və predmeti - Nəqliyyat Hüququ jurnalı № 1- 2018

Açıqlama:

İqtisadi fəaliyyət növlərindən biri bank fəaliyyəti adlanır. Bank fəaliyyətinin hə yata keçirilməsi prosesində müxtəlif növ ictimai münasibətlər əmələ gəlir. Məsələn, hər hansı bank müəssisələrə və ya fiziki şəxslərə kredit verir ki, bu zaman bank və həmin şəxslər arasında kredit münasibəti yaranır. Yaşadığımız həyatda əksər vətəndaşlar bu və ya digər banka əmanət kimi pul vəsaiti qoyurlar. Bu kimi hallarda bank və vətəndaş arasında deposit münasibəti (bank əmanəti münasibəti) əmələ gəlir və s. Kredit, depozit və digər münasibətlər bank fəaliyyətinin həyata keçirilməsi zamanı yaranır. Odur ki, onlar ümumən bank fəaliyyəti ilə bağlı münasibətlər sayılır.


Müəllif : Kərimov Araz Tofiq oğlu - “Unibank” KB ASC-nin Problemli İstehlak Kreditləri üzrə Direktoru, İcraedici Komitənin üzvü.
Nəşr tarixi : 2018
Yüklənmə sayı : 30

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir