Azərbaycan Respublikası beynəlxalq hüququn tamhüquqlu subyekti kimi dünya birliyinə intensiv surətdə inteqrasiya etməkdədir.Bu proses bir tərəfdən ayrı-ayrı dövlətlərlə ictimai həyatın müxtəlif sahələrində əməkdaşlıqda, bu əməkdaşlığın rəsmiləşdirilməsi üçün ikitərəfli müqavilələrin bağlanmasında, çoxtərəfli müqavilələrə respublikamızın tərəfdar çıxmasında, digər tərəfdən beynəlxalq təşkilatlara inteqrasiya etməklə onların işində, beynəlxalq hüquq normalarının yaradılmasında fəal iştirakda, beynəlxalq hüquq normalarının milli qanunvericiliyə implementasiyasında təzahür edir.
Qiymətləndir