Bildiyiniz kimi, müqavilə tərəfləri arasında yaranan mübahisələr yalnız məhkəmələr tərəfindən deyil, mübahisənin alternativ həlli üsüllarından da istifadə edilməklə həll edilir. Mübahisənin həlli üsüllarından biri kimi arbitraj məhkəməsi daha geniş vüsət almışdır. Bir çox ədəbiyyatlarda arbitraj, mübahisənin həlli üsülu kimi, hüquq elmi üçün yeni bir anlayış olduğu qeyd edilir. Lakin, əgər arbitrajın tarixinə nəzər yetirsək görərik ki, arbitraj qədim Roma hüququndan bu günümüzə kimi gəlib çatmışdır. Bu yazıda arbitrajın qısa tarixinə nəzər yetirdikdən sonra, Beynalxalq Kommersiya Arbitrajının müsbət və mənfi cəhətləri müzakirə olunaraq onun müqavilə tərəfləri üçün mahiyyətindən və təqdim etdiyi xüsusiyyətlərindən danışılacaq.
Qiymətləndir