Məqalədə təhlükəsizliyin nəzəri, tarixi aspektlərinə yer verilmiş və beynəlxalq münasibətlər sistemində təhlükəsizliyin problemlərinin həllinə yönələn yeni təhlükəsizlik sistemlərinin formalaşması və inkişafı mərhələlərində beynəlxalq təhlükəsizlik hüququnun rolu barədə məsələlər təqdim edilmişdir. Beynəlxalq sülh və təhlükəsizliyin təmini sahəsində beynəlxalq hüquqi vasitələri nizama salan ən əsas mənbə BMT Nizamnaməsi olaraq qeyd edilmişdir. Eyni zamanda beynəlxalq təhlükəsizliyin təmini sahəsində mənbələr sistemində vacib yerləri ikitərəfli və çoxtərəfli qarşılıqlı razılıq əlaqələri, sülhün təmin edilməsini nizama salan qaydaların hüquqi aspektlərə dayanması məsələlərini ehtiva edən və bu sahədə olan beynəlxalq və regional konvensiyalar tədqiq edilmişdir.
Qiymətləndir