Məqalədə beynəlxalq daşımaların anlayışı, xüsusiyyətləri və predmeti ilə bağlı elmi yanaşmalar araşdırılmışdır. Araşdırma zamanı həm daşımalarla bağlı ümumi müddəa və prinsipləri özündə əks etdirən “Nəqliyyat Haqqında” qanundan, “Varşava” və “Monreal” Konvensiyalarından, həm də daşımanın xüsusi növlərini tənzimləyən qanunlardan, məsələn, “Ticarət Gəmiçiliyi Məcəlləsi”, “Aviasiya Haqqında” qanundan istifadə edilmişdir. Eyni zamanda məqalədə adı çəkilən normativ hüquqi aktların oxşar və fərqli cəhətləri, normativ hüquqi aktlar arasında mövcud olan qarşılıqlı əlaqə müəyyən edilmişdir. Son olaraq isə, əldə olunmuş nəticələr ümumiləşdirilmişdir.
Qiymətləndir