Beynəlxalq hüquq baximindan Azərbaycan SSR-nin hüquqi vəziyyəti - Polis Akademiyasının Elmi Xəbərləri- Elmi Hüquq Jurnalı №2 2023

Açıqlama:

1920-ci il aprelin 27-də Bakını işğal edib Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradan Sovet Rusiyası daxildə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılacağı illuziyasını yaradıb yerli əhalini sakitləşdirmək, eyni zamanda beynəlxalq aləmdə işğal faktına siyasi don geyindirmək üçün sırf taktiki mülahizələrlə “müstəqil Sovet Azərbaycanı”, Azərbaycan SSR (sovet sosialist respublikası) yarat-maq siyasətini həyata keçirməyə başlayır. “Müstəqil Sovet Azərbaycanı” şüarı yerli əhali arasında təbliğat işini təşkil etmək məqsədilə hələ 1919-cu ilin may ayında RK(b)P tərəfindən ortaya atılmış və qərara alınmışdı ki, Cənubi Qafqaz respublikaları işğal edildikdən sonra ilk əvvəl Azərbaycan, Gürcüstan və Ermənistanda “müstəqil” sovet respublikaları yaradılmalı, onlar əvvəl Qafqaz federasiyasında birləşdirilməli, daha sonra isə ümumRusiya federasiyasına daxil edilməli idilər. 1920-ci il fevralın 11-12-də yaradılan AK(b)P RK(b)P-ni özünün ali rəhbər orqanı, özünü isə onun yerli təşkilatı elan etmişdi.


Müəllif : Səftər Rəhimli - Bakı Dövlət Universiteti “İnsan hüquqları və informasiya hüququ” UNESKO kafedrası, h.ü.f.d.
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 26

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir