Beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə implementasiyasının nəzəri və praktiki aspektləri - Azərbaycan Hüquq Jurnalı. 2023 (№3)

Açıqlama:

Məqalədə beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə implementasiyasının nəzəri və praktiki aspektləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və beynəlxalq praktika əsasında geniş təhlil edilir. Qeyd edilir ki, hər bir dövlətin hüquq sistemində beynəlxalq hüquq normaları prioritet rol oynayır və istənilən sferada milli qanunvericiliyin formalaşdırılması beynəlxalq hüquq normalarının iştirakı olmadan həyata keçirilə bilməz. İnkişaf etmiş dövlətlər təcrübəsini əsas tutaraq Azərbaycan Respublikası hüquq sistemində də beynəlxalq hüquq normaları effektiv təsir gücünə malik olmaqla, müxtəlif hüquq sahələrinin formalaşması və inkişafında mühüm rol oynamışdır. Nəhayət, sonda belə qənaətə gəlinir ki, beynəlxalq hüquq normalarını nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də müvafiq əlavə də dəyişikliklərin edilməsi zəruridir. Qeyd edilənlər isə ümumi və xüsusi problemləri nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hisələrində paralel şəkildə edilməlidir. Belə ki, hər bir istiqamətdə edilən dəyişikliklər bir-birini qarşılıqlı olaraq tamamlamalıdır.


Müəllif : Mehriban Eyyubova - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının dosenti
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 24

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir