Beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının hüquq sistemində tətbiqi problemləri - Azərbaycan Hüquq Jurnalı. 2021 (№3)

Açıqlama:

Beynəlxalq hüquq iki şəkildə Azərbaycan Respublikası (AR) daxilində münasibətlərin tənzimləyicisinə çevrilir. Birincisi, AR-in özü üçün məcburi hesab etdiyi beynəlxalq hüquq normalarının böyük əksəriyyəti AR qanunlarında və qanun qüvvəli aktlarında əks olunur. Bu zaman beynəlxalq hüquq normalarının məhkəmə təcrübəsində tətbiqi, sanki, gizli formada, məhkəmə qərarında konkret beynəlxalq hüquqi akta birbaşa istinad edilmədən baş verir. Məhkəmələrin qərarlarında məzmun müəyyən edilir, müəyyən beynəlxalq hüquqi aktlarla mahiyyətcə üst-üstə düşən və ya oxşar olan AR-in müvafiq dövlətdaxili hüquq normalarının mənası açıqlanır. İkincisi, AR milli qanunvericiliyinə çevrilməmiş, lakin onun beynəlxalq öhdəliyini təşkil edən normalar tətbiq olunur.


Müəllif : Humay Əfəndiyeva - h.ü.f.d., Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 27

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir