Beynəlxalq hüquq normalarının implementasiyasına dair milli qanunvericiliyin inkişaf tarixinin bəzi məsələləri - Azərbaycan Vəkili Jurnalı №4 (2014)

Açıqlama:

Çağdaş dövlətlər, o cümlədən Azərbaycan Respublikası qarşısında duran əsas vəzifələrdən biri beynəlxalq hüquq normalarının realizəsi üçün şəraitin yaradılmasıdır. Müstəqillik əldə etmiş Azərbaycan öz dövlətdaxili hüquq normalarını beynəlxalq hüquq normalarına hörmət prinsipi üzərində qurmuşdur. Hələ «Dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tanınması bəyan edilmişdir. Bu mövqe sonradan ölkə Konstitusiyasında da inkişaf etdirilmişdir. Bununla da, dövlət tərəfindən öz üzərinə götürülmüş beynəlxalq öhdəliklərin implementasiyası üçün effektiv konstitusion əsas yaradılmışdır. Əsas Qanunumuz Respublikamızda pacta sunt servanda (müqavilələr icra olunmalıdır) prinsipinə müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesinin mühümlüyünü müəyyən etmişdir ki, bu Azərbaycan Respublikasının demokratik ənənələrə sadiqliyinin bariz ifadəsidir.


Müəllif : Oktay Məhərrəmov, Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2014
Yüklənmə sayı : 36

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir