Beynəlxalq hüquq normalarının tətbiqində məhkəmələrin rolu - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2023

Açıqlama:

Məqalədə qeyd edilir ki, dünya dövlətlərinin məhkəmələrinin təcrübəsi göstərir ki, onlar beynəlxalq hüquq normalarını getdikcə daha geniş tətbiq edirlər. Bu isə beynəlxalq inteqrasiyanın getdikcə daha da dərinləşməsi, beynəlxalq hüququn obyektiv və subyektiv sərhədlərinin genişlənməsi, onun nizamasalma predmetinə əvvəllər milli hüququn nizamasalma predmetinə daxil olan bir sara sahələrin daxil olması ilə əlaqədardır. Beynəlxalq öhdəliklərin həcmi və mürəkkəbliyi artır və onların həyata keçirilməsinə dövlət orqanlarının daha geniş dairəsi qarışmalı olur. Dövlət orqanlarının beynəlxalq hüquq normalarının həyata keçirilməsi üzrə təşkili və fəaliyyəti milli hüquqla tənzim olunur. Beynəlxalq hüquqa gəlincə, o bütövlükdə dövlətin üzərinə öhdəlik qoyur. Dövlət isə öz orqanlarının beynəlxalq hüquq normalarının həyata keçirilməsi üçün lazımi tədbirlər görməsini təmin etməlidir.


Müəllif : N.H.Mehdiyev - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 11

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir