İnsan alveri ilə mübarizə sahəsində son illər qəbul olunmuş çoxsaylı beynəlxalq sənədlərin təhlili və müvafiq beynəlxalq təcrübənin ümumiləşdiriliməsi beynəlxalq hüquq elmi qarşısında dayanan vacib məsələlərdən biridir. Artıq transmilli mütəşəkkil xarakter almış insan alveri ilə səmərəli mübarizədə beynəlxalq səylərin birləşdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə sadalanan beynəlxalq hüquqi aktlar normativ baza rolunu oynayır. Müstəqilllik illərində bəri insan alveri ilə mübarizəyə xüsusi önəm verən Azərbaycan Respublikası bu beynəlxalq sənədlərin əksəriyyətini radifikasiya etmişdir. Bu beynəlxalq və milli hüquqi aktlar insan alveri ilə mübarizəni təmin edən proqramlar və konsepsiyalar insan alverinin qarşısının alınması, insan alverindən zərər çəkənlərə kömək göstərilməsi, insan alveri ilə bağlı kriminal əməllərin açılması və cinayətkarların cəzalandırılması kimi əsas fəaliyyət istiqamətlərini ehtiva edir.
Qiymətləndir