Beynəlxalq hüquq sistemlərində vətəndaşlıq hüququnun inkişaf tendensiyaları - Azərbaycan Hüquq Jurnalı №3 (2025)

Açıqlama:

Məqalədə beynəlxalq hüquq sistemində vətəndaşlıq anlayışının hüquqi, siyasi və etik aspektlərinin kompleks təhlilindən danışılır. Mövzunun aktuallığı cəmiyyətdə qloballaşma, miqrasiya proseslərinin genişlənməsi, insan hüquqları və dövlət suverenliyi arasında balansın qorunması zərurəti ilə sıx bağlıdır. Belə ki, burada vətəndaşlıq anlayışının keçdiyi tarixi inkişaf mərhələləri, onun beynəlxalq hüquqda əsaslı formalaşması, həmçinin Azərbaycan Respublikasında sözügedən sahədə həyata keçirilən tədbirlər geniş şəkildə araşdırılmışdır. Məqalənin əsas məqsədi vətəndaşlıq institutunun beynəlxalq hüquqi çərçivədə mahiyyətini və onun milli hüquq sistemlərinə təsirini müəyyən etmək, eləcə də bu kontekst üzrə Azərbaycan Respublikasında tətbiq olunan normativ-hüquqi bazanın beynəlxalq standartlara uyğunluğunu qiymətləndirməkdir. Bu məqsədlə, tədqiqat yazısında həm nəzəri, həm müqayisəli, həm də analitik metodlardan əhəmiyyətli dərəcədə istifadə edilmişdir. Məqalədə araşdırılan fəsillər üzrə əldə olunan nəticələr bunu göstərir ki, vətəndaşlıq anlayışı müasir dövrdə yalnız cəmiyyətdə formalaşmış hüquqi bir status deyil, həm də, bir növ, özündə sosial məsuliyyət və etik dəyər daşıyır. Beynəlxalq hüquq çərçivəsində bu anlayış insan hüquqlarının qorunması və sosial ədalətin təminatı ilə sıx əlaqəlidir. Azərbaycan Respublikasında vətəndaşlıq siyasəti milli maraqlarla beynəlxalq prinsiplər arasında tarazlığı qorumağa yönəlmiş, konstitusion və qanunvericilik bazası vasitəsilə mövcud beynəlxalq standartlara və rejimlərə uyğunlaşdırılmışdır. Nəticə etibarilə, qeyd edə bilərik ki, vətəndaşlıq müasir hüquqi dövlətin mərkəzi institutu kimi həm fərdin hüquqi statusunu, həm də dövlətin suverenliyini müəyyən edən strateji əhəmiyyəti olan anlayış kimi qiymətləndirilmişdir.


Müəllif : Əsmər Pənahova
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 11

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir