Məqalədə beynəlxalq hüquqda iqtisadi sanksiyaların təsnifatı ilə bağlı məsələlər nəzərdən keçirilmişdir. Müəlliflər aparılmış təhlilləri ümumiləşdirərək göstərirlər ki, iqtisadi sanksiyalar bütövlükdə “iqtisadi əlaqələrin tam və ya qismən kəsilməsi” formulu çərçivəsində embarqo, boykot, iqtisadi blokada, maliyyə resurslarının dondurulması, kapital qoyuluşunun qadağan edilməsi və digər bu kimi formalarda reallaşdırıla bilər. Məqalədə bir çox hallarda məqsədyönlü sanksiyaların maliyyə sanksiyalarının sinonimi kimi işlədilməsi və onların eyniləşdirilməsinin düzgün olmadığı fikri irəli sürülür və əsaslandırılır, yekunda beynəlxalq iqtisadi sanksiyaların fərqli təsnifatı verilir
Qiymətləndir