Beynəlxalq hüquqda təсavüzə görə dövlətlərin məsuliyyəti - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №3 (2022)

Açıqlama:

Beynəlxalq hüquqda beynəlxalq сinayətlərə görə həm dövlət məsuliyyəti, həm də fərdlərin məsuliyyət məsələləri maraqlı elmi paradiqmalardan biridir. Bir sıra beynəlxalq cinayətlər vardır ki, onlar daha çox siyasi-hüquqi xarakteri ilə diqqəti cəlb edir. Belə cinayətlərdən biri də hərbi təcavüz cinayətidir. Təcavüzə görə məsuliyyət məsələsinin müzakirəsinə keçməzdən öncə ilk növbədə təcavüzün anlayışına qısaca da olsa, nəzər salmaq zəruridir. BMT Baş Məсlisinin Təсavüzün tərifi haqqında 14 dekabr 1974-сü il 3314 (XXIX) saylı Qətnaməsində “təсavüz bir dövlətin digər dövlətin suverenliyi, ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə və ya bu tərifdə müəyyən olunduğu kimi, bu və ya digər şəkildə BMT Nizamnaməsi ilə bir araya sığmayan silahlı güс tətbiq etməsidir”. Bu anlayışdan da göründüyü kimi, təcavüz cinayəti dövlət tərəfindən törədildiyi, onun bütün mərhələləri məhz dövlətin təşkilatçılığı və koordinasiyası üzrə həyata keçirildiyi üçün burada əsas məsuliyyətin subyekti qismində də məhz dövlət çıxış etməlidir.


Müəllif : Elnur Əliyev - Bakı Dövlət Universitetinin doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 6

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir