Beynəlxalq hüquqda təcavüz və işğal anlayşı - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №2 (2022)

Açıqlama:

Təcavüz (lat. aggressio - hücum) - bir dövlət tərəfindən başqa dövlətin ərazi bütövlüyünə, yaxud siyasi müstəqilliyinə qarşı hər hansı qanunsuz güc tətbiqini ehtiva edən anlayışdır. Təcavüzə heç bir siyasi, iqtisadi, hərbi, yaxud digər mülahizə ilə haqq qazandırıla bilməz, o, beynəlxalq sülhə qarşı cinayətdir.Təcavüz fərdi insani, bioloji, yaxud sosial davranışdır. Beynəlxalq hüquq ədəbiyyatında BMT Nizamnaməsi ”bütün dövlətlər üçün bərabər olan kollektiv təhlükəsizlik sisteminin formalaşdırılmasının əsası kimi qiymətləndirilir”. Təşkilatın əsas məqsədinin “sülh və təhlükəsizliyin qorunması, təcavüzlə kollektiv mübarizə”olması vurğulanır. Ümumiyyətlə isə, BMT Nizamnaməsinin bütövlükdə müasir beynəlxalq hüququn inkişafına və möhkəmlənməsinə verdiyi töhfələr danılmazdır.


Müəllif : Tural Bayramzadə - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq hüquq” şöbəsinin böyük elmi işçisi
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 9

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir