Beynəlxalq hərbi tibb komitəsi hökümətlərarası təşkilat kimi: hüquqi statusu və funksiyaları - Nəqliyyat Hüququ jurnalı 2023 №1

Açıqlama:

Məqalədə müəlliflər tərəfindən Beynəlxalq Hərbi Tibb Komitəsi hökumətlərarası təşkilat kimi nəzərdən keçirilir, onun hüquqi statusu və funksiyaları barədə məsələlərə elmi cəhət dən aydınlıq gətirilir. Qeyd edilir ki, adı çəkilən Komitə hüquqi statusuna görə hərbi tibb üzrə hökumətlərarası beynəlxalq təşkilatdır. Bütün dövlətlərin silahlı qüvvələrinin tibb xidmətlərinin üzvləri arasında peşəkar əmək daşlıq əlaqələrini qoruyub saxlamaq və gücləndirmək Beynəlxalq Hərbi Tibb Komi təsinin əsas funksiyası sayılır. Azərbaycan Respublikası da 2017-ci ildən bu Komitənin tam hüquqlu üzvüdür. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası 27 iyun 2019- cu il 1613-VQ nömrəli qanunla 2013-cü il 9 dekabr tarixində düzəliş edilmiş “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi ”nə qoşulmuşdur. Müasir dövr də silahlı qüvvələr sektorunda hərbi tibb və təbabət fəaliyyətinin həyata keçirilməsində, eləcə də bu istiqamətdə dövlətlərarası beynəlxalq əmək daşlığın möhkəmləndirilməsində Beynəlxalq Hərbi Tibb Komitəsi özünəməxsus əhəmiyyətli rol oynayır.


Müəllif : Aynurə Əliyeva - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalı, həkim-oftolmoloq, tibb elmləri üzrə fəlsəfə doktoru. Fatimə Hüseynova - Bakı Dövlət Universiteti Hüquq fakültəsi “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası”nın dosenti, hüquq üzrə fəlsəfə doktoru. Elvin Əzizov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalı, həkim-otolarinqoloq, tibb elmləri üzrə fəlsəfə doktoru, tibb xidməti baş leytenantı.
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir