Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Monreal konvensiyasının xüsusiyyətləri və tətbiqi şərtləri - Azərbaycan Hüquq Jurnalı. 2021 (№3)

Açıqlama:

Hava yolu ilə həyata keçirilən daşımalar günümüzdə ən təhlükəsiz və ən sürətli daşıma hesab edilir. Hava daşımacılığının sürətlə inkişafı və genişlənməsi öz növbəsində bu münasibətləri tənzimləyən universal qaydaların olmasını zəruri edir. Beynəlxalq hava daşımalarına dair ortaya çıxan ilk universal beynəlxalq müqavilə 1929-cu il tarixli Varşava Konvensiyasıdır. Lakin bu Konvensiya zamanla inkişaf edən mülki aviasiyanın tələblərinə cavab vermədiyi üçün onun modernləşdirilməsi və tələblərə uyğunlaşdırılması məqsədi ilə müxtəlif dövrlərdə konvensiyaya əlavə və dəyişikliklər edən Protokollar və əlavə Konvensiyalar qəbul edilmişdir. Bütün bu sənədlər birlikdə “Varşava sistemi”ni təşkil edir. Sonradan Varşava sisteminin təkmilləşdirilməsi və bütün bu qaydaların tək bir sənəddə birləşdirilməsi məqsədi ilə son olaraq 1999-cu ildə Monreal Konvensiyası adlandırılan “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya” qəbul edilmişdir. Monreal Konvensiyasında əsasən sənişinlərin və yükgöndərənlərin maraqlarını daha təsirli və effektiv qoruyacaq müddəalar təsbit edilmişdir. Bu Konvensiyada beynəlxalq hava daşımaları ilə bağlı əsasən üç məsələ - daşıma sənədləri, daşıyıcının daşıma müqaviləsi üzrə məsuliyyəti və daşıyıcıya qarşı iddia irəli sürülməsi ilə bağlı qaydalar müəyyən edilir. Monreal Konvensiyası bütün hava daşımalarına deyil, yalnız Konvensiyada müəyyən edilən şərtlərə uyğun olaraq həyata keçirilən daşımalara tətbiq edilir. Bu məqalədə məhz Monreal Konvensiyasının ümumi xüsusiyyətləri və onun tətbiqi şərtləri müəyyən edilməyə çalışılmışdır.


Müəllif : Natiq Əsgərov - hüquq üzrə fəlsəfə dokotoru, Bakı Dövlət Universitetinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının” müəllimi, elmlər doktoru proqramı üzrə doktorantı
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir