Beynəlxalq humanitar hüquq və “müharibə cinayətləri” anlayışlarının formalaşmasının tarixi-nəzəri aspektlərinin qarşılıqlı əlaqəsi - Azərbaycan Hüquq Jurnalı. 2022 (№3)

Açıqlama:

Məqalədə beynəlxalq humanitar hüquq və “müharibə cinayətləri” anlayışlarının formalaşmasının tarixi-nəzəri aspektlərinin qarşılıqlı əlaqəsi hüquq ədəbiyyatında mövcud fikir müx - təlifliyi və beynəlxalq praktika əsasında təhlil edilir. Qeyd edilir ki, müharibə cinayətlərinin anlayışı və mahiyyəti bu istiqamətdə mövcud normaların tarixi kökləri ilə birbaşa əlaqədardır. Bu sahədə əsas beynəlxalq normaların təhlili müharibə cinayətlərində tarixilik faktorunu xüsusi olaraq göstərir. Digər beynəlxalq normalardan öncə beynəlxalq humanitar hüquq normalarının formalaşması, dövlətlərin bu istiqamətdə razılaşmalara daha önəm verməsi, hətta bu isti qamətdə dini normaların mövcudluğu da qeyd edilməlidir. Primitivlikdən ən mürəkkəb qaydalara qədər beynəlxalq humanitar hüquq qaydalarının formalaşması müharibə cinayətləri anlayışının da meydana gəlməsinə səbəb olmuş, XIX əsrin ikinci yarısından sonra qəbul edilmiş mühüm beynəlxalq sənədlərlə müharibə cinayətləri ilə mübarizənin hüquqi əsası qoyulmuş, XIX əsrin sonu - XX əsrin əvvəllərində isə Haaqa konfranslarında qəbul edilmiş beynəlxalq sənədlərlə daha da möhkəmlənmişdir. Özünün ən əhəmiyyətli hüquqi əsaslarına isə 1949-cu il Cenevrə Konvensiyalarının qəbul edilməsi ilə nail olunmuşdir. Sonradan qəbul edilmiş mühüm bey nəlxalq sənədlər, hazırda Beynəlxalq Cinayət Məhkəməsinin yaranması və fəaliyyəti isə bunun əyani praktiki təsdiqidir.


Müəllif : Mehriban Əyyubova - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir