İnsan hüquqları fundamental və daha geniş bir anlayış olub, bir növ hörümçək torunu xatırladır. Beynəlxalq humanitar hüquq isə nisbətən dar anlayış olmaqla, o tora yapışmalı olan həşəratdır. Bu torun miqyasını böyütmədikcə, o tor bütün dünyanı əhatə etmədikcə biz bütün coğrafi regionlarda baş verən müharibələri tora yapışdırıb hüquqdan asılı hala gətirərək onlara beynəlxalq nəzarəti həyata keçirə bilməyəcəyik. Bu işdə isə bütün dünya dövlətləri maraqlı olmalıdır.
Qiymətləndir