Beynəlxalq humanitar hüququn tətbiq sahəsi - Nəqliyyat Hüququ jurnalı 2023 №1

Açıqlama:

Bu məqalədə beynəlxalq humanitar hüququn tətbiq sahəsi araşdırılmışdır. Məqalədə ardıcıl olaraq beynəlxalq humanitar hüququn vəziyyətə görə, şəxslərə görə, zamana görə və məkana görə tətbiqi məsələləri təhlil edilmişdir. Müəllif beynəlxalq humanitar hüququn tətbiq sahəsinin olduqca mürəkkəb və çoxcəhətli bir kateqoriya olduğunu, həmin tətbiq sahəsinə daxil olan halların və bunu şərtləndirən meyarların tam dəqiqliyi təyin olunmadığını diqqətə çatdırır. Həmçinin məqalədə hərbi əsirlərin mübadiləsi institutunun beynəlxalq humanitar hüququn mənbəyini təşkil edən konvensiylarda hüquqi aspektdə təsbit edilməsi zərurəti, beynəlxalq humanitar hüquq normalarının sülhyaratma əməliyyatlarına tətbiqinin xüsusiyyətləri, eləcə də kiberməkanda baş verən silahlı münaqişələrə münasibətdə beynəlxalq humanitar hüququn tətbiqi kimi xüsusi aktuallıq kəsb edən məsələlər tədqiq edilir.


Müəllif : Məmmədov Nəsir - hüquq üzrə fəlsəfə doktoru, BDU-nun doktorantı.
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir