Beynəlxalq investisiya hüququnun spesifik xüsusiyyətləri - Azərbaycan Hüquq Jurnalı. 2021 (№2)

Açıqlama:

Beynəlxalq investisiya hüququ dövlətlərarası müqavilə qaydasında hüquqi cəhətdən bərkidilmiş hüquq normalarının, qaydaların məcmusu kimi çıxış edir. Bu aspekt dövlətlərin və beynəlxalq hüququn başqa subyektləri arasında ictimai münasibətlərin bütün kompleksini nizama salır. Beynəlxalq dövlətlərarası çoxtərəfli və ikitərəfli münasibətlər beynəlxalq investisiya hüququnun predmetidir. Beynəlxalq investisiya hüququnun məqsədi beynəlxalq xarakterli investisiya fəaliyyəti iştirakçılarının hüquqi münasibətlərinin hərtərəfli tənzimlənməsidir. İştirakçılar dedikdə, dövlətlər, beynəlxalq hökumətlərarası təşkilatlar, investorlar nəzərdə tutulur.


Müəllif : Malik Ramazanzadə - Bakı Dövlət Universitetinin doktorantı
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 28

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir