Beynəlxalq müstəvidə yoluxucu xəstəliklərlə mübarizənin hüquqi əsasları- Azərbaycan Hüquq Jurnalı. 2024 (№1)

Açıqlama:

Məqalədə müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə problemləri və yoluxucu xəstəliklər zamanı onlardan qorunma məsələləri mühüm beynəlxalq sənədlər əsasında geniş təhlil edilir. Yoluxucu xəstəliklərə tutulmuş şəxslərin yoluxucu xəstəliklərə tutulduğu zaman yoluxucu xəstəliklərdən sağalmasının və yoluxucu xəstəliklərə qarşı mübarizə aparmasının üsul və vasitələri qeyd edilir. Məqalədə belə nəticəyə gəlinir ki, görülən əhəmiyyətli fəaliyyətin məntiqi davamı olaraq ayaxın gələcəkdə dünya dövlətlərində yoluxucu xəstəliklər (epidemiyalar, pandemiyalar) da daxil olmaqla, səhiyyə sahəsində münasibətlərin səmərəli tənzimlənməsi və mövcud olan problemlərin həll edilməsi istiqamətində də beynəlxalq sferada mühüm fəaliyyətlər həyata keçiriləcəkdir. Bura dünya dövlətlərinin qeyd edilən sahədə beynəlxalq mexanizmlərlə sıx əməkdaşlığı, regional və ikitərəfli beynəlxalq müqavilələrin imzalanması, mühüm beynəlxalq tədbirlərin keçirilməsində yaxından iştirak və s. kimi məsələlər daxil edilə bilər.


Müəllif : Mətin Əlili - Magistrant, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 22

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir