Beynəlxalq publik hüquq kursu. Dərslik / Z.H.Əliyevin ümumi redaktəsi ilə. II cild. Xüsusi hissə. Yenidən işlənilmiş və təkmilləşdirilmiş ikinci nəşr

Açıqlama:

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Hümbət oğlu Əliyevin ümumi redaktəsi ilə yenidən işlənilmiş və təkmilləşdirilmiş bu dərslikdə beynəlxalq publik hüququn xüsusi hissəsini təşkil edən hüquqi qurumlara doktrinal anlayış verilir, onların nizamasalma predmeti, prinsipləri, mənbələri, subyektləri və s. məsələlərə ətraflı şəkildə toxunulur və onların mahiyyətinə aydınlıq gətirilir. Əsərdə beynəlxalq publik hüququn xüsusi hissəsinə dair müddəalar nəzərdən keçirilərək, onun sistemi tədqiq edilir və konkret hüquq sahələri fərqləndirilir, hər bir fəsil üzrə əyani sxem və tövsiyə edilən əlavə ədəbiyyat siyahısı verilir. Müasir dövrdə beynəlxalq publik hüquq kursu beynəlxalq müqavilələr hüququ, xarici əlaqələr hüququ, beynəlxalq təşkilatlar hüququ, beynəlxalq humanitar hüquq, beynəlxalq iqtisadi hüquq və s. bu kimi müstəqil publik hüquq sahələrini əhatə edir; hər bir müstəqil hüquq sahəsinə dair məsələlər elmi-nəzəri cəhətdən beynəlxalq-hüquqi kontekstdə işıqlandırılır. Sözügedən dərslik müasir beynəlxalq publik hüquq elmində mövcud olan boşluqların doldurulmasına, hüquqi alqoritm və nihilizm təzahürlərinin aradan qaldırılmasına xidmət edir. Dərslikdən ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, habelə beynəlxalq hüquq elmi sahəsində çalışan mütəxəssislər, vəkillər və digər praktik işçilər faydalana bilərlər.


Müəllif : Əliyev Etibar Əli oğlu, Hüseynova Fatimə Etibar qızı
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 69

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir