Beynəlxalq qeyri-hökumət təşkilatlarının beynəlxalq hüquq subyektliyi və beynəlxalq-hüquqi tənzimetmə məsələləri - Azərbaycan Hüquq Jurnalı. 2021 (№1)

Açıqlama:

Beynəlxalq qeyri-hökumət təşkilatları beynəlxalq münasibətlərdə bir hüquqi şəxs kimi iştirak etdikləri üçün təbiət baxımından şəxsiyyətləndirilir. Hər beynəlxalq qeyri-hökumət təşkilatı xarici cəhətdən təcrid olunmuşdur - öz adı, dövlət mənsubiyyəti, öz nizamnaməsi və s. Beynəlxalq qeyri-hökumət təşkilatlarının beynəlxalq hüququn digər subyektləri üçün xarakterik olan bütün hüquqi subyekt əlamətləri yoxdur. Beynəlxalq qeyri-hökumət təşkilatlarının beynəlxalq hüquq normalarını yaratmaq və tətbiq olunmasını təmin etmək qabiliyyəti yoxdur - bunlar qanun yaradıcılığı və hüquq-mühafizə funksiyalarına tam sahib deyillər. Beynəlxalq qeyri-hökumət təşkilatlarının hüquq subyektliyinin əhatə dairəsinə gəldikdə, burada biz beynəlxalq hökumətlərarası təşkilatlar üçün tanındığı dərəcədə tanınmağın mümkünsüz olduğunu düşünürük. Beynəlxalq qeyri-hökumət təşkilatlarının hüquq subyektliyi, təşkilatın məşvərətçi statusu ilə məhdudlaşan sırf funksional xarakter daşıyır.


Müəllif : Elnarə Mirzəyeva - Hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 24

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir