Beynəlxalq təhlükəsizliyin pozulmasına görə dövlətlərin beynəlxalq-hüquqi məsuliyyəti

Açıqlama:

Beynəlxalq təhlükəsizliyin pozulmasına görə dövlətlərin beynəlxalq -hüquqi məsuliyyət problemi beynəlxalq münasibətlər sistemində və onu nizamlayan beynəlxalq hüquqda ən aktual problemlərdən biridir. Məqalədə Krım və cənubi – şərqi Ukraynada, Yaxın Şərqdə (Suriyada, İrakda, Liviyada və Yəməndə) son dövrdə baş verən hadisələrə və Ermənistanın Azərbaycana qarşı təcavüz aktının törətməsinə diqqət çəkərək, beynəlxalq hüquq alimlərinin əsərlərinə istinad olunaraq təhlil edilmişdir. Mövzunun aktuallığı dövlətlərin beynəlxalq-hüquqi məsuliyyət probleminin kompleks şəkildə nizamlanmasına yönəlmiş bir dənə də beynəlxalq saziş və ya müqavilənin mövcud olmaması və bu sahəni nizamlayan hüquq normalarının məcəllələşdirilməməsinin qeyd olunmasıdır.


Müəllif : Araz Abdullasoy
Nəşr tarixi : 2015
Yüklənmə sayı : 224

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir