Beynəlxalq vergi hüququnun formalaşması və inkişaf tarixi - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №1 (2022)

Açıqlama:

Vergi münasibətlərinin beynəlxalq-hüquqi inkişaf tarixinə dair əsərlərin əksəriyyətində qeyd edildiyi kimi, vergi məsələləri üzrə ilk sazişlər XIX əsrin ortalarından imzalanmağa başlamışdır[13, 9-10]. 1843-cü ildə Belçika, Fransa ilə vergi sazişi imzaladı, 1845-ci ildə isə Niderland və Lüksemburqla müvafiq sazişlər imzalandı. Həmin sazişlər, vətəndaşların vərəsəlik qaydasında alınan əmlakına münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması üzrə yalnız ümumi qaydalar nəzərdə tutaraq, vergi xidmətlərinin inzibati-hüquqi qarşılıqlı təsiri və vergi məlumatlarının mübadiləsi kimi məsələləri tənzimləyirdi.


Müəllif : Bəxtiyar Aslanbəyli - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun dissertantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 0

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir