Beynəlxalq vergi hüququnun formalaşması və inkişaf tarixi - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №2 (2022)

Açıqlama:

Vergilər insanların bir-birinə münasibətini, öz dövlətinə olan münasibətini və ümumilikdə cəmiyyətə qarşı münasibətini müəyyən etməyə imkan verən dəyərli məlumatdır. Kimin vergiləri ödəməsi, nə qədər ödəməsi, hansı əsaslarla və hansı xidmətlər müqabilində ödəməsi ədalətli cəmiyyət konsepsiyasını daha dəqiq müəyyən etməyə imkan verir [6, 13]. Vergi münasibətlərinin beynəlxalq-hüquqi inkişaf tarixinə dair əsərlərin əksəriyyətində qeyd edildiyi kimi, vergi məsələləri üzrə ilk sazişlər XIX əsrin ortalarından imzalanmağa başlamışdır[13, 9-10]. 1843-cü ildə Belçika, Fransa ilə vergi sazişi imzaladı, 1845-ci ildə isə Niderland və Lüksemburqla müvafiq sazişlər imzalandı. Həmin sazişlər, vətəndaşların vərəsəlik qaydasında alınan əmlakına münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması üzrə yalnız ümumi qaydalar nəzərdə tutaraq, vergi xidmətlərinin inzibati-hüquqi qarşılıqlı təsiri və vergi məlumatlarının mübadiləsi kimi məsələləri tənzimləyirdi.


Müəllif : Bəxtiyar Aslanbəyli - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun dissertantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 9

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir