Beynәlxalq hava daşımalarının hüquqi tәnzimlәnmәsindә “Varşava Sistemi”nin әhәmiyyәti vә xarakteri - Nəqliyyat Hüququ jurnalı 2025 №1

Açıqlama:

Beynәlxalq hava daşımacılığının sürәtlә inkişafı vә genişlәnmәsi öz növbәsindә bu münasibәtlәri tәnzimlәyәn universal qaydaların qәbul edilmәsini zәruri edirdi. Bu mәqsәdlә 1929-cu ildә Varşavada hava daşımalarına dair ilk universal beynәlxalq müqavilә olan “Beynәlxalq hava daşımalarına aid bәzi qaydaların unifikasiyası üçün Konvensiya” qәbul edilmişdir. Varşava Konvensiyası adlanan bu Konvensiya hәm yüklәrin, hәm dә sәrnişinlәrin vә onların baqajının beynәlxalq hava yolu ilә daşınmasının hüquqi rejimini tәnzimlәyir. Lakin Konvensiya zamanla sürәtlә inkişaf edәn mülki aviasiyanın tәlәblәrinә cavab vermәdiyi üçün onun modernlәşdirilmәsi vә tәlәblәrә uyğunlaşdırılması mәqsәdi ilә müxtәlif dövrlәrdә konvensiyaya әlavә vә dәyişikliklәr edәn әlavә konvensiya vә protokollar qәbul edilmişdir. Belә ki, 1955-ci il tarixli “Haaqa Protokolu”, 1961-ci il tarixli “Qvadalaxara Əlavә Konvensiyası”, 1971-ci il tarixli “Qvatemala Protokolu”, 1975-ci il tarixli “Monreal Protokolları” ilә Varşava Konvensiyasına әlavә vә dәyişikliklәr edilmişdir. Qeyd olunan bütün sәnәdlәr birlikdә “Varşava sistemi”ni tәşkil edir. Bu mәqalәdә “Varşava sistemi”nin әhәmiyyәti, ümumi xüsusiyyәtlәri vә tәtbiqi şәrtlәri araşdırılmışdır.


Müəllif : Natiq Əsgәrov
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 15

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir