Birləşmək hüququ ayrı-ayrı ölkələrin təcrübəsində - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №4 2019

Açıqlama:

İnsan hüquqlarının tədqiqat obyektinin çox spektrli, rəngarəng olduğunu nəzərə alıb biz bu məqaləni hazırlayarkən insan hüquqları hüququnun əsas sistem elementlərindən birini təşkil edən birləşmək hüququnun, daha dəqiq desək birləşmək hüququnun müxtəlif dövlətlərin təcrübəsində mövcud vəziyyətini müqayisəli təhlil etməyə çalışmışıq. Hər bir dövlətdə insan hüquqları ilk növbədə dövlətin konstitusiyasında və ya ona həsr olunmuş xüsusi bəyannamələrdə əks olunurlar. Mövcud qanunvericilikdə və müvafiq sənədlərdə konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsi və qorunması mexanizmləri nəzərdə tutulur. Tədqiqatımız zamanı müəyyən etdik ki, müxtəlif qanunvericilik aktlarında insan hüquq və azadlıqları göstərilməklə yanaşı, onların reallaşdırılması və qorunması məsələsi ilə bağlı prinsipial məqamlar da mühüm yer tutur. Müasir hüquqi dövlətləri səciyyələndirən başlıca məqam da elə məhz bundan ibarətdir. Bu istiqamətdə aydın müşahidə olunan tendensiyalardan biri də ondan ibarətdir ki, insan hüquqlarının qorunması mexanizmləri getdikcə daha çox universal xarakter alırlar, yəni, artıq qlobal səviyyədə insan hüquq və azadlıqlarının qorunmasının universal mexanizmləri inkişaf etdirilir və genişləndirilir. Məqalədə Rusiya Federasiyası, Gürcüstan Respublikası və digər post-sovet ölkələrinin birləşmək hüququnun reallaşdırılma mexanizmləri sahəsində hüquqi və praktiki məsələləri araşdırılmışdır.


Müəllif : D. M. Qənbərov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 12

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir