Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların hansı valideynin yanında qalmasının və alimentin tutulmasının bəzi məsələləri - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2021

Açıqlama:

Alimentin tutulması zamanı yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi probleminin həlli yalnız kompleks yanaşma ilə mümkündür. Qanunvericilikdə nikahın bağlanılması üçün müəyyən olunmuş şərtlər (tələblər) həm nikaha daxil olmaq arzusunda olan şəxslərə, həm də bu ittifaqı qeydə alma prosesində iştirak edən orqanlara aiddir. Əksinə proses nikahın ləğv edilməsi, onun etibarsız sayılmasıdır. Tərəflər əmlak və digər mübahisələri qarşılıqlı razılaşma yolu ilə həll edərək nigahı ləğv edə bilərlər. Bəzi hallarda boşanmanın yalnız məhkəmədə baş verməsi mümkündür və bu cür işlərin əhatə dairəsi qanunla müəyyən edilmişdir. Boşanma zamanı uşağın saxlanması xərcləri aliment şəklində çıxılır. Yetkinlik yaşına çatmayan uşağın hansı valideyn ilə qalması barədə mübahisələr həll edilərkən uşağın mənafeyi əsas götürülür. Məqalədə nikahın xitam olunması və yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentin ödənilməsi xüsusiyyətlərinin hüquqi tənzimlənməsi məsələləri təhlil edilmişdir.


Müəllif : M. D. Dəmirçiyeva - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 10

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir