Cinayət işinə başlanması barədə qərarlara hüquqi müdaxilə imkanları - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalın 1-ci nömrəsi 2022

Açıqlama:

Cinayət işinin başlanması cinayət prosesinin zəruri, məcburi hissəsidir. Heç bir cinayət işi prosesin bu mərhələsindən yan keçə bilməz. Cinayət işinin başlanması fəaliyyəti səlahiyyətli şəxslər tərəfindən həyata keçirilir, müəyyən şərtlər və konkret prosessual formalarda tətbiq edilir. Bu mərhələ işin sonrakı hərəkətini müəyyən edən konkret qərarla başa çatır. Bu mərhələnin məqsədi cinayət işi üzrə qanuni və əsaslandırılmış icraat üçün zəruri olan əsasların müəyyən edilməsidir.


Müəllif : Sabir Musayev, Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuror-metodisti II dərəcəli hüquqşünas. Rəşid Bayramov, Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuroru kiçik ədliyyə müşaviri.
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 26

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir