Cinayət mühakimə icraatının məhkəmə mərhələsində dövlət ittihamının həyata keçirilməsinin nəzəri və hüquqi əsasları - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

AR CPM-nin 7.0.20-ci maddəsində göstərilir ki, ittiham – şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. İttiham tərəfinə aid olan prokuror isə 7.0.23-cü maddəyə əsasən qanunda nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya dövlət ittihamçısı qismində məhkəmədə ictimai, yaxud ictimai-xüsusi ittihamı müdafiə edən şəxsdir. [1,s.42] Hüquq ensiklopedik lüğətində göstərilir ki, ittiham cinayət prosesində səlahiyyətli orqanların və şəxslərin cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirini sübut etməkdən ibarət fəaliyyətidir. Eyni zamanda ittiham hökmündə ifadə edilmiş tezisin məzmunu, ittihamçının irəli sürdüyü və öz nitqində şərh etdiyi ittihamın ifadəsidir. [2,s.200] Azərbaycan SSR-in 1961-ci il CPM-nin 150-ci maddəsinə əsasən ittiham sübut edilmiş cinayətin təsviri deməkdir.


Müəllif : Şöhlət Kərimov - Milli Aviasiya Akademiyasının “Hüquq” kafedrasının dosenti, h.f.d.
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 8

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir