Cinayət mühakiməsində blokçeyn texnologiyalarından mümkün istifadənin xüsusiyyətləri - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalın 4-cü nömrəsi 2023

Açıqlama:

Cinayət mühakiməsinin rəqəmsallaşması reallığa əsaslanmış qaçılmaz və mürəkkəb bir prosesdir. Cinayət prosesinə yeni texnologiyalardan istifadə edilməsi hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciətlərin elektron formatda verilməsini, işin materiallarının rəqəmsal formata çevrilməsini, ibtidai istintaq zamanı videokonfrans rejiminin tətbiq edilməsini, məhkəmələr tərəfindən işlərin distant formada aparılmasını, məhkəmə iclasının audio-protokollarının aparılmasını, məhkəmə hərəkətlərinin avtomatlaşdırılması üçün süni zəkanın istifadə edilməsi və sair məsələlərini əhatə edir. Digər tərəfdən, cinayət mühakimə prosesinin rəqəmsallaşdırıl masının tədqiqatı və nəticələrini təcrübi və nəzəri baxımdan təhlil etmək – bu prosesdə lehinə və əleyhinə olan arqumentlərə aydınlıq gətirməyə imkan verir.


Müəllif : Əmir Ocaqverdiyev Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi, Nigar Əskərova şöbənin böyük prokuroru
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 17

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir