Sübutların təsnifatına həsr olunmuş məqalədə sübutlar və onların alınma mənbəyinə xas olan bir sıra obyektiv əlamətlərin elmi cəhətdən qruplaşdırılması araşdırılmışdır. Sübutların təsnifatı onların konkret xassələrinin və sübutetmə prosesində istifadə olunma xüsusiyyətlərinə görə ittihamedici, bəraətverici və neytral sübutlara, alınma mənbəyinə görə isə ilkin və törəmə sübutlara bölünür. Məqalədə təsnifata daxil olan maddi və şəxsi sübutlar mənbəyinin xarakterinə görə araşdırılaraq təhlil edilir
Qiymətləndir