Cinayət prosesində vətəndaşların hüquqlarının müdafiə edilməsinin konstitusion hüquqi əsasları - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

Demokratik və hüquqi dövlət olan Azərbaycan Respublikası qarşısında duran ən mühüm sosial vəzifələrdən biri cinayət mühakimə icraatında şəxsiyyətin hüquqlarının təmin edilməsidir. Bu onunla şərtlənir ki, məhz bu sahədə şəxsiyyətin hüquq və qanuni mənafeləri dövlət orqanları tərəfindən ən aktiv təsirə, o cümlədən mühüm məhdudiyyətlərə məruz qalır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələri bilavasitə cinayət mühakimə icraatında şəxsiyyətin hüquq və qanuni mənafelərinə həsr edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 12-ci maddəsində “Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması” prinsipi müəyyən edilir.


Müəllif : Ərəstun Qasimov - BDU, hüquq elmləri doktoru Pərviz Rüstəmli - hüquqşünas
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 8

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir