Cinayət tətbiqinə bəraətverici əsaslar olmadan xitam verilə bilməsi üçün müdafiə tərəfinin dizpozitiv razılığı haqqında - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2019

Açıqlama:

Cinayət prosesində dövlət orqanları tərəfindən bəzi qərarların qəbul edilməsi üçün vəzifəli şəxs olmayan proses iştirakçılarının razılığının alınması tələb olunur. Bu, cinayət- prosessual hüququn dispozitivliyi prinsipinin təzahürlərindən biridir. Qanunla nəzərdə tutulan hallarda bu və ya digər qərarın qəbul edilməsinə razılıq verib-verməmək subyektin öz iradəsindən asılıdır. Konkret normativ qaydada təsbit edilmiş hallarda əgər subyekt bu və ya digər qərarın qəbul edilməsinə razılıq verərsə, cinayət prosesini həyata keçirən orqan həmin qərarı qəbul edə bilir, əgər razılıq verməzsə, cinayət prosesini həyata keçirən orqan bunu edə bilmir. Başqa sözlə, subyekt razılıq vermək hüququndan istifadə etməklə cinayət prosesini həyata keçirən orqanın prosessual fəaliyyətinin istiqamətinə bilavasitə təsir göstərə bilir. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi zamanı cinayət təqibinə məruz qalan şəxsin razılığının tələb olunması da bu kimi qaydalar dandır. Məqalədə həm məhkəməyədək icraatda, həm də məhkəmə icraatında cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi zamanı şübhəli və ya təqsirləndirilən şəxsin razılığının alınmasının xüsusiyyətləri araşdırılmış, həmçinin hansı hallarda cinayət təqibinə məruz qalan şəxsin hüquqi varisinin və hansı hallarda onun müdafiəçisinin belə bir razılıq verməli olması məsələlərinə də aydınlıq gətirilmişdir. Məqalədə baxılan institutla bağlı qüvvədə olan cinayət- prosessual qanunvericiliyin aidiyyətli normaları doktrinal qaydada təfsir edilmiş, normadakı qüsurlar müəyyən edilmiş və onların aradan qaldırılması üçün təkliflər irəli sürülmüşdür


Müəllif : Q. V. Cəfərov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 11

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir