Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizənin əhəmiyyəti və milli hüquqi əsasları - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

Beynəlxalq sənədlər və müxtəlif dövlətlərin qanunvericiliyinin təhlilini əsasında sadə şəkildə demək olar ki, çirkli pulların yuyulmasının tərifi öz cinayətindən əldə edilən gəlirlərə sahib olmaq və cinayətkar əmlakın hər hansı bir şəkildə idarə edilməsinə və ya saxlanmasına kömək etmək də daxil olmaqla cinayət əmlakının idarə edilməsi və ya ona malik olmanın bütün formalarını əhatə edir. Qeyd etmək lazımdır ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi iqtisadi nəticələri olan maliyyə cinayətləridir və çirkli pullardan terrorizmin maliyyələşdirilməsində də istifadə olunduğu üçün bu əlaqəli cinayətlərin cəmiyyət həyatına və dünya iqtisadiyyatına vurduğu zərəri gözardı etmək mümkün deyildir. Cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasının (PY) səbəb olduğu mənfi nəticələri iqtisadi və ictimai-siyasi olmaqla fərqləndirə bilərik. Pulları yumaqda məqsəd onun qeyri-qanuni mənşəyini gizlətmək və leqallaşdırmaq olduğundan cinayətkar sərmayəni az effektiv iqtisadi sektora qoya bilər ki, bu da qeyri-optimal sərmayə qoyuluşuna gətirib çıxarır. İkinci bir tərəfdən sərmayə qoyulmuş çirkli pullar təmiz sərmayə qoyuluşuna mane ola bilər. Üçüncü bir tərəfdən isə çirkli pullar qeyri-sağlam rəqabətə yol aça bilər.


Müəllif : Səyyad Ağayev - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Cinayət prosesi” kafedrasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Fidan Əkbərova - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 5

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir