Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması cinayətinin hüquqi tərkibinin subyekti - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №3 (2022)

Açıqlama:

Cinayətin subyekti cinayət əməlini törədən və cinayət hüququna əsasən cinayət məsuliyyəti daşıya bilən fiziki şəxsdir. (6, s. 37) Bu cinayətin subyekti ilə bağlı ən ziddiyyətli məqamlardan biri də ilkin cinayəti törətmiş şəxsin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına görə cinayətin də subyekti ola bilib-bilməməsidir. Tarixən çirkli pulların yuyulması əməli üçüncü şəxslər tərəfindən törədilən qanun pozuntusu kimi nəzərdə keçirilirdi. Belə ki, dövlət cinayətkarların qanuni iqtisadiyyata daxil olmaması üçün qapı rolunu oynayan maliyyə institutları, vəkillər və digər şəxslərin onlara belə imkan verməyəcəyinə əmin olmaq istəyirdilər. Bu sahədə əsas beynəlxalq sənədlərdə, o cümlədən FATF-ın (Pulların yuyulmasına qarşı maliyyə tədbirləri üzrə işçi qrupu) tövsiyələrində bununla bağlı birbaşa göstəriş qeyd edilmir və hər ölkənin ümumi cinayət hüququnun prinsiplərinə uyğun olaraq məsələni tənzimləməsi imkanı təsbit edilir.


Müəllif : Elnur Nuriyev - Bakı Dövlət Universiteti Cinayət hüququ və kriminologiya kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 7

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir