Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdiklən sonra 12 noyabr 1995‐ci tarixində ümumxalq səsverməsi‐ referendum yolu ilə beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsirlərinə və ümumbəşəri dəyərlərə söykənən ilk Konstitusiyasını qəbul etmişdir. Konstitusiyanın qəbulundan keçən müddət ərzində ölkə həyatının bütün sahələrində, o cümlədən də məhkəmə‐hüquq sahəsində Konstitusiyada təsbit olunmuş fundamental prinsiplərə əsaslanan və yeni qanunların qəbulu ilə müşayət olunan köklü islahatlar həyata keçirilmişdir. Həyata keçirilmiş bu islahatlalr çərçivəsində qəbul olunmuş və əhatə dairəsinə görə cəmiyətin bütün üzvlərinin maraqlarına toxunan yeni cinayət və cinayət prosessual qanunları xüsusi çəkiyə malikdir
Qiymətləndir