AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun apardığı tədqiqatların nəticələri deməyə imkan verir ki, 14 iyul 2000-ci il tarixində təsdiq olunmuş və hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasınn Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) edilmiş dəyişikliklərə və əlavələrə baxmayaraq, bir sıra hallarda onun təyinatı üzrə istifadə olunmasını çətinləşdirən çoxlu səhvlər, qeyri-dəqiqliklər və ziddiyətlər qalmaqda davam edir.
Qiymətləndir