Cinayətin kiber üsulla törədilməsi – cəzanı ağiılaşdıran hal kimi - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

İnformasiya texnologiyalarının istifadəsi təkcə fəaliyyətimizin müxtəlif sahələrində yox, həm də cinayətkar məqsədlər üçün ictimai təhlükəli əməllərin törədilməsində “səmərə” verdiyindən, bu istifadənin cinayət-hüquqi münasibətlər ilə tənzimlənməsi qaçılmazdır. Daim inkişaf edib təkmilləşməkdə olan informasiya texnologiyalarının hər keçən gün həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilməsi hüquq elminin bütün sahələrinə (mülki hüquq, əmək hüququ və s.), xüsusən də, cinayət hüququna təsirsiz ötüşmür. Təəssüf hissilə bildirməliyik ki, müasir dövrün texnologiyaları özlüyündə böyük elmi-texnoloji və tibbi nailiyyətlərə səbəb olsa da, həm də şəxsiyyətə, cəmiyyətə, habelə dövlətə qarşı qanunla qadağan olunan əməllərin törədilməsində böyük ölçüdə istifadə edilir.


Müəllif : Səkinəxanım Rzayeva - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Vüqar Sadiqli - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının “Transmilli cinayət hüququ” ixtisası üzrə I kurs magistrantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 8

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir