Cinayətlərin kateqoriyasının dəyişildiyi hallarda cinayət məsuliyyətindən və cəzadan azadetmə məsələləri: cinayət qanununun zamana görə qüvvəsi kontekstində - Nəqliyyat Hüququ jurnalı 2019 №2

Açıqlama:

Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyində cinayət törədilməsi ilə bağlı hüquqi nəticələr cinayətin kateqoriyasına bağlı olduğundan, cinayət qanununa əlavə və dəyişikliklər edilməsi nəticəsində cinayətlərin kateqoriyasını aşağı salan cinayət qanunlarının geriyə tətbiq zərurəti yaranır. Belə qanunlar cinayət törətmiş şəxsin müəyyən əsaslarla cinayət məsuliyyətindən azad edilməsi, cəza çəkməkdə olan şəxslərin isə cəzasının azaldılması, cəzaçəkmə müəssisəsinin dəyişdirilməsi, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və ya vəziyyəti başqa cür yaxşılaşdıran imkanlar yaradır. Təqdim olunan məqalə belə qanunların geriyə qüvvəsinin mümkün hallarını təhlil edib sistemləşdirmək və onların tətbiqi ilə bağlı səmərəliləşdirici təkliflər irəli sürmək məqsədi daşıyır.


Müəllif : İsbəndiyarov Qələndər Köçəri oğlu - Azərbaycan Milli Elmlər Akademıyası Hüquq və İnsan Haqları İnstitutu “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin elmi işçisi
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir