Cinayәt mәsuliyyәtinin vә cәzanın fәrdilәşdirilmәsi insan hüquq vә azadlıqlarının tәmini meyari kimi: müqayisәli hüquqi tәhlil - "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalı №3 2024

Açıqlama:

Bütün rәhbәr prinsiplәr nәzәrә alınaraq, cinayәt qanununun müddәalarının cinayәt törәtmiş şәxsә tәtbiqi bilavasitә cinayәt mәsuliyyәtinin vә cәzanın fәrdilәşdirilmәsi prosesi ilә yekunlaşır ki, mәhz bu mәqam insan hüquq vә azadlıqlarının tәmini meyarı kimi çıxış edir. Fәrdilәşdirmә prosesi iki istiqamәtdә hәyata keçirilir: cinayәt mәsuliyyәtinin fәrdilәşdirilmәsi vә cәzanın fәrdilәşdirilmәsi. Cinayәt mәsuliyyәtinin fәrdilәşdirilmәsi qanunverici tәrәfindәn (Azәrbaycan Respublikasının Milli Mәclisi) hәyata keçirildiyi halda, cәzanın fәrdilәşdirilmәsi hüququ tәtbiq edәn orqanlar tәrәfindәn hәyata keçirilir vә әn sonda hakimin cәza tәyini prosesi ilә yekunlaşır. Cinayәt mәsuliyyәtinin fәrdilәşdirilmәsi prosesi qanun yaradıcılığı fәaliyyәti ilә bilavasitә bağlıdır.


Müəllif : Samirә Babayeva
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir