Dövlət çevrilişinə cəhd və onun qarşısının alınması - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

Dövlət hakimiyyəti hər zaman xalq amili ilə bağlı olmuşdur, yəni xalq dövlət hakimiyyətinin əsasını təşkil etmişdir və onun həyata keçirilməsində birbaşa iştirak etmişdir. Lakin, bu iştirak yalnız qanunvericiliyə əsaslanmaqla leqal yollarla, yəni ümumxalq seçkiləri vasitəsilə olmuşdur. Tarixən dövlətçiliyin meydana gəlməsi və inkişafı minilliklərlə dövrü əhatə etmişdir. Bu baxımdan Respublikamız da çətin və keşməkeşli yol keçərək hazırki müstəqilliyə və demokratik cəmiyyətin qurulmasına nail olmuşdur. Bu uğurların qazanılmasında Ulu öndər Heydər Əliyev və onun siyasi strategiyasının layiqli davamçısı cənab Prezident İlham Əliyevin müstəsna rolu və xidmətləri vardır. Belə ki, məhz Ümumilli liderin qətiyyəti sayəsində ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən dövlət çevrilişlərinin, xaos və anarxiyanın qarşısı alınmış, ölkəmiz müstəqillik və demokratik, iqtisadi və sosial inkişaf yoluna qədəm qoymuşdur. Bu hadisələrə Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi tədbirləri haqqında 22 mart 1995-ci il tarixli 989 saylı qərarında da hüquqi qiymət verilmişdir.


Müəllif : Fuad Babaşov - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Milli Aviasiya Akademiyasının doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 8

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir