Dövlət immuniteti barədə Azərbaycan Respublikasının qanunvericiliyinin mövqeyi və inkişaf meyilləri - Azərbaycan Vəkili Jurnalı №26 (2025)

Açıqlama:

Məqalədə beynəlxalq xüsusi hüququn predmeti və Azərbaycan Respublikasının bu münasibətlərdə iştirakının xüsusiyyətləri araşdırılır. Beynəlxalq xüsusi hüquq mülki dövriyyədə – əmlak, ailə və əmək münasibətlərində xarici elementin mövcudluğu ilə fərqlənir. Xarici element hüquqi münasibətin subyektində, obyektində və ya hüquqi faktında özünü göstərə bilər. Azərbaycan Respublikası qanunvericiliyi dövlətin mülki hüquq münasibətlərində digər hüquqi şəxslər kimi çıxış etməsinə imkan verir. Bu iştirakın hüquqi əsasları Mülki Məcəllə, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanun və beynəlxalq müqavilələrdir. Dövlətin belə münasibətlərdə iştirakı zamanı immunitet məsələsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası daha çox iqtisadi, ticarət, enerji və investisiya sahəsində beynəlxalq münasibətlərdə çıxış edir. Konsessiya müqavilələri, hasilatın pay bölgüsü sazişləri və investisiya müqavilələri dövlətin iqtisadi müstəvidə rolunu gücləndirir. Beynəlxalq sənədlər, xüsusilə Vyana Konvensiyaları və investisiya ilə bağlı beynəlxalq aktlar Azərbaycan Respublikasının hüquqi əsaslarını möhkəmləndirir. Nəticə etibarilə, Azərbaycan Respublikası həm milli qanunvericilik, həm də beynəlxalq hüquq normaları çərçivəsində beynəlxalq xüsusi hüququn tamhüquqlu subyekti kimi çıxış edir.


Müəllif : Gürşad Abbasov
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 19

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir