Dövlət immuniteti: doktrina, tənzimləmənin hüquqi əsasları və məhkəmə praktikası - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №1 (2022)

Açıqlama:

Beynəlxalq hüquq bərabərlərin hüququdur və bu hüquq bəyan edir ki, bütün dövlətlər suverenliyə xas olan hüquqlardan tam şəkildə, sərbəst surətdə istifadə etmək kimi müstəsna hüquqa malikdirlər və digər dövlətlər də öz növbəsində bu hüquqlara hörmət etməli və onların həyata keçirilməsinə müdaxilə etməməlidirlər. BMT Baş Assambleyası məsələnin əhəmiyyətinə xüsusi toxunaraq dəfələrlə dövlətləri başqa dövlətlərin suverenliyinə zidd olan qanunların qəbulundan, inzibati xarakterli tədbirlərin tətbiqindən, əsassız mühakimə yurisdiksiyasının həyata keçirilməsindən imtina etməyə çağırıb. Deməli, dövlət tərəfindən reallaşdırılan yurisdiksiya və istənilən digər fəaliyyət tədbirləri beynəlxalq hüquqla tanınan immunitetlərə riayət etmək şərti ilə həyata keçirilməlidir.


Müəllif : Elnur Əliyev
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 0

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir