Dövlət ittihamçısının nitqi - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №2 (2022)

Açıqlama:

«Prokuror» sözü latınca «prokurore» sözündən götürülüb, mənası «qayğıya qalmaq» deməkdir. Hələ qədim Romada və Yunanıstanda «prokuror» adlı məmur vəzifəsi mövcud olub. Onun əsas vəzifəsi dövlət hakimiyyət orqanlarının və qanunların tələblərinə əməl edilməsi ilə yanaşı, həm də «natiqlər» vasitəsi ilə məhkəmədə ittihamı həyata keçirmək olub. İttiham nitqi – dövlət ittihamının dəstəkləndiyi, toplanan dəlil və sübutların təhlilindən ibarət olan, cinayət haqqında mühakimələrin ifadə olunduğu, qanuni və əsaslı hökmün çıxarılması üçün əhəmiyyət kəsb edən və vətəndaşların ideoloji, hüquqi və mənəvi tərbiyəsinə yardım edən digər məsələləri və cəza tədbirlərini əks etdirən cinayət işləri ilə bağlı məhkəmə mübahisələrində prokurorun nitqidir.


Müəllif : Ərəstun Qasimov - Bakı Dövlət Universiteti, h.ü.f.d., dosent Pərviz A.Rüstəmlİ - “Qanunçuluq” vəkil bürosu, vəkil köməkçisi, hüquqşünas
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 8

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir