Dövlətdə hakimiyyət bölgüsü - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №2 (2022)

Açıqlama:

Hakimiyyətin bölgüsündən mühüm məqsəd təkhakimiyyətliliyə, dövlət hakimiyyətinin bir əldə cəmləşməsinə yol verilməməsinə təminat verilməsindən ibarətdir. Hakimiyyətin bölgüsü son həddə bütün dövlət hakimiyyətinin seçkili olmasına və dövlət mexanizminin demokratik əsaslarının gerçəkləşdirilməsinə kömək etmək deməkdir. Dövlətlərin nəzəriyyə və praktikasında hakimiyyətin bölgüsü prinsipinin işlənib hazırlanması, rəsmiləşdirilməsi və təsbit edilməsi öz inkişaf tarixinə malikdir. Bu prinsipin formalaşması siyasi-hüquqi fikrin görkəmli mütəfəkkirlərinin humanist ideyaları ilə qırılmaz surətdə bağlıdır. Hakimiyyətin bölgüsü prinsipinin klassik görüntülərinin kökləri antik dövrə (ilk növbədə Aristotelə) aparıb çıxarır. Orta yüzilliklər Avropasında bu prinsipin nəzəri əsaslarının işlənib hazırlanması Maarifçilik dövrünə təsadüf edir. Hakimiyyətin bölgüsü prinsipinə dair nəzəri görüşlər XVII-XVIII yüzilliklərdə Şimali Amerikada inkişaf etmişdir. Hazırda hakimiyyətin bölgüsünə müasir dövlətin fəaliyyətinin ən mühüm prinsipi qismində baxılır.


Müəllif : Habil Qurbanov - AMEA Azad Həmkarlar İttifaqının sədri, h.ü.e.d., professor
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 9

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir